PROJEMİZ
Tarixi abidələr,ustad memarların tikdiyi binalar,məşhur rəssamların çəkdiyi tablolar,yazıçı və şairlərin yazdığı bədii əsərlər,görkəmli bəstəkarlarımızın yaratdığı musiqi əsərləri,xalq sənətkarlığının nümunələri xalqın mədəni irsi sayılır. Xalqın adət-ənənələri,milli bayramlar da mədəni irsin bir parçasıdır.Azərbaycan xalqını əsrlər boyu bir millət kimi qoruyub saxlayan onun zəngin,dolğun və əhatəli tarixi,mədəniyyəti,dili,ədəbiyyatı,poeziya və musiqisi olub."Kitabi Dədə Qorqud" dastanı da milli mədəni irsimizin böyük yadıgarıdır.Azərbaycanlılar tarixən müdrik,sülhsevər,adına,andına,inamına,əqidəsinə sadiq olublar. Xalqımızın alicənablıq,genişürəklik,vətəncanlıq,mərd,sadə,səmimi,əməksevər,qonaqpərvər,qayğıkeş xalq olması onun maddi -mənəvi irsində də öz əksini tapmışdır.Maddi-mənəvi irsimiz xalqımızın tarixi,özünəməxsusluğudur. Ona görə mədəni irsimizi,tariximizi qorumaq hər birimizin müqəddəs və mənəvi borcudur.Gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyə olunması çox əhəmiyyətlidir.
Kaydol:
Kayıtlar (Atom)
ELİNİZE SAĞLIK DEĞERLİ HOCALARIM
YanıtlaSilMÜZE GEZİMİZ
YanıtlaSilHerkesin ellerine sağlık. Birlikte çalışmak çok keyifliydi.
YanıtlaSil